Yuxarı

​Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 5 nəfər öldürülüb

Onlar Suriya ərazisinə keçməyə cəhd göstəriblər

Bakı. 7 may. REPORT.AZ/ Türkiyə hərbçiləri Suriya ərazisinə keçərək İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 5 nəfəri zərərsizləşdiriblər.

"Report" xəbər verir ki, bu barədə yerli hökumət orqanlarına istinadən "Reuters" məlumat yayıb.

İnsident cümə günü Türkiyənin cənub-şərqində yerləşən Qaziantep əyalətində baş verib.

Əyalət qubernatoru ofisindən verilən məlumata görə, daha 5 nəfər hərbçilər tərəfindən saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi