​Türkiyədə İŞİD-ə qarşı əməliyyat nəticəsində 7 terrorçu öldürülüb - YENİLƏNİB

​Türkiyədə İŞİD-ə qarşı əməliyyat nəticəsində 7 terrorçu öldürülüb - YENİLƏNİB Atışma zamanı iki polis həlak olub, ikisi yaralanıb
Region
26 Oktyabr , 2015 11:58
​Türkiyədə İŞİD-ə qarşı əməliyyat nəticəsində 7 terrorçu öldürülüb - YENİLƏNİB

Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Kayapınar rayonunun Hüzurevlər məhəlləsində keçirilən antiterror əməliyyat nəticəsində İŞİD-in 7 silahlısı öldürülüb, 3 terrorçu tutulub.

*** 09:26

Türkiyənin Diyarbəkir əyalətində antiterror əməliyyatı keçirilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İŞİD-in 4 silahlısı öldürülüb. Terrorçularla atışma zamanı iki polis həlak olub, ikisi yaralanıb.

Məlumata görə, əməliyyat əyalətin Kayapınar rayonunun Hüzurevlər məhəlləsində İŞİD-in təlim keçdiyi hücrə evində keçirilib.

Bölgədə əməliyyat davam etdirilir.

Son xəbərlər

Orphus sistemi