Yuxarı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb

Saxlanılanlar Qaziantep Polis Departamentinin Terrorla Mücadilə Şöbəsinə aparılıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Türkiyədə İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib. 

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Qaziantep Polis Departamenti Şahinbəy rayonunun Çaxmaq məhəlləsində əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda axtarışlar aparıb. Əməliyyata xüsusi təyinatlı polis qüvvələri də cəlb olunub.

Əməliyyat zamanı terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 4 nəfər saxlanılıb. Saxlanılanlar Qaziantep Polis Departamentinin Terrorla Mücadilə Şöbəsinə aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi