​Türkiyədə İrana məxsus avtobus qəzaya uğrayıb, 7 nəfər ölüb

​Türkiyədə İrana məxsus avtobus qəzaya uğrayıb, 7 nəfər ölüb Hadisədən sonra sağ qalan sərnişinlər qəza yerindən uzaqlaşıb
Region
16 Noyabr , 2015 11:06
​Türkiyədə İrana məxsus avtobus qəzaya uğrayıb, 7 nəfər ölüb

Bakı. 16 noyabr. REPORT.AZ/ Türkiyənin Ağrı əyalətinin Doğubəyazit rayonunda İrana məxsus avtobusla yük avtomobilinin toqquşması nəticəsində 7 sərnişin ölüb, biri yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Hadisə rayonun Hasan Keyif Məhəlləsində baş verib.

İran vətəndaşları bir günlüyə Doğubəyazitdə alış-veriş etməyə gəlibmiş.

Hadisədən sonra digər sərnişinlər qəza yerindən uzaqlaşıb. 

Son xəbərlər

Orphus sistemi