​Türkiyədə İncirlik hərbi bazasının yaxınlığında partlayış olub, 7 nəfər yaralanıb

​Türkiyədə İncirlik hərbi bazasının yaxınlığında partlayış olub, 7 nəfər yaralanıb Partlayışın başvermə səbəbləri araşdırılır
Region
11 Noyabr , 2015 16:59
​Türkiyədə İncirlik hərbi bazasının yaxınlığında partlayış olub, 7 nəfər yaralanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin Adana əyalətində yerləşən İncirlik hərbi bazasının yaxınlığında ikimərtəbəli binada baş verən partlayış nəticəsində 7 nəfər yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə əyalətin Sarıcam rayonunun İncirlik məhəlləsində ikimərtəbəli binanın birinci mərtəbəsində baş verib.

Xəbərə görə, 50 metr radiusu əhatə edən partlayış nəticəsində binanın divarları çöküb, yaxınlıqdakı evlərə ziyan dəyib. Hadisə yerindən keçən avtomobildəki bir uşaq olmaqla 7 suriyalı sərnişin yaralanıb.

Hadisə yerinə polis və tibbi yardım heyəti cəlb edilib.

Xəbərə görə, hadisə yerinə giriş-çıxış bağlanıb. Partlayışın başvermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi