Yuxarı

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, 2 pilot ölüb - ƏLAVƏ OLUNUB

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, 2 pilot ölüb - ƏLAVƏ OLUNUB
Hadisə fevralın 16-da İzmir bölgəsində yerləşən Çiğli təlim mərkəzində baş verib

Bakı. 16 fevral. REPORT.AZ/ Türkiyənin hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot ölüb. 

"Report" "Ahaber"ə istinadən xəbər verir ki, hadisə fevralın 16-da İzmir bölgəsində yerləşən Çiğli təlim mərkəzində baş verib.

Qəza barədə əlavə məlumat yayılmayıb.

*** 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi təlim təyyarəsinin qəzaya uğradığını təsdiqləyib. “İzmirdə Ciğli 2-ci Əsas Qırıcı bazasından təcrübə məqsədi ilə uçuş həyata keçirən təlim təyyarəmiz qəzya uğrayıb. İki qəhraman pilotumuz şəhid olub", - Baş Qərargahın açıqlamasında bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi