Yuxarı
    Bağlamaq

    Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən 7 hərbçi barəsində həbs qərarı verilib

    Onların arasında ordu generalı Adem Huduti, general-mayor Avni Angun, general-mayor Emin Ayık və general-mayor Mustafa Serdar Sevgili də var

    Bakı. 18 iyul. REPORT.AZ/ Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd hadisələrində təqsirləndirilən 7 hərbçi barəsində həbs qərarı verilib. 

    "Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, onların arasında komandanlar - ordu generalı Adem Huduti, general-mayor Avni Angun, general-mayor Emin Ayık və general-mayor Mustafa Serdar Sevgili də var. 

    Məhkəmə zalında həbs edilərək həbsxanaya göndərilən hərbi çevrilişə cəhddə ittiham olunan hərbçilər barəsində nə qədər həbs qətimkan tədbiri seçildiyi açıqlanmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi