Türkiyədə hərbi çevrilişə cəhd olub, Prezident Ərdoğan xalqa çağırış etdi - YENİLƏNİB - VİDEO

Türkiyədə hərbi çevrilişə cəhd olub, Prezident Ərdoğan xalqa çağırış etdi - YENİLƏNİB - VİDEO Ankarada polis akademiyası partladılıb
Region
16 İyul , 2016 01:30
Türkiyədə hərbi çevrilişə cəhd olub, Prezident Ərdoğan xalqa çağırış etdi - YENİLƏNİB - VİDEO

Bakı. 16 iyul. REPORT.AZ/ "Millətimizi meydanlara çağırıram". “Report” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN kanalına müsahibəsində deyib. “Tarix boyu çevriliş etmək istəyənlər istəklərinə nail olmayıblar, yenə də belə olacaq. Millətimizə demokratiyaya sahib olmağı çağırıram”, - Ərdoğan bəyan edib.

Görüntülü telefon vasitəsi ilə canlı yayıma bağlanan Ərdoğan deyib ki, bu hərəkət Türkiyə silahlı qüvvələrinin tərkibində olan kiçik bir qrupun hərəkətidir: “Məlum paralel qrupa aid olan, onların təşfiq etdiyi bir hərəkətdir. İnanıram ki, bütün millət olaraq ölkəmizin birliyi, bərabərliyi, təhlükəsizliyi və bütövlüyünə qarşı olan bu hərəkətə verəcəyimiz bir cavabla onlar lazımi cəzanı alacaqlar”.

Prezident vurğulayıb ki, millətin pulu ilə alınan tanklar, təyyarələr, silahlarla millətin üzərinə getməyin cəzası ağır olacaq: "Prezident və baş nazir bütün lazımi addımlar atacaq. Meydanı onlara verməyəcəyik. Bu milli iradəyə qarşı olunan çevriliş cəhdidir. Bu iğtişaşa az bir zamanda son qoyulacağına inanıram".

 *** 01:08

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar girov götürülüb. "Report" xəbər verir ki, bunu "France Press" yazıb.

İstanbul və Ankarada əhali küçələrə çıxaraq hərbi çevriliş cəhdlərini pislədiklərini bəyan edirlər. 

*** 00:54

Bakı. 16 iyul. REPORT.AZ/ Ankarada polis akademiyası partladılıb. “Report” xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Digər KİV-lər İstanbulda Atatürk Hava Limanının, TRT dövlət kanalının, hakim partiyanın Ankaradakı qərargahının zəbt olunduğunu yazır.

*** 00:36 

Türkiyədə hərbi çevrilişə cəhd olub. "Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Binəli Yıldrım NTV kanalında canlı yayımda bildirib.

"Təəssüf ki, bir neçə saat əvvəl bəzi nöqtələrdə nəqliyyatın hərəkətini dayandırma və bəzi əhəmiyyətli binalarda mühasirəyə alma cəhdləri baş verdi. Bununla əlaqədar, güc strukturlarımız fəaliyyətə keçdi. Heç kimə xalqın iradəsinə silah gücünə təsir etmə cəhdinə yol verilməyəcək və bu işə əl qoyanlar da ən ağır cəzasını alacaqlar. Dövlətin, millətin pulu ilə silah əldə edərək həmin silahı millətə tuşlayanlar öz cəzasını alacaqlar”, - baş nazir deyib.

Son xəbərlər

Orphus sistemi