Türkiyədə hərbi baza raket atəşinə tutulub: 1 hərbçi şəhid olub, 5-i yaralanıb

Türkiyədə hərbi baza raket atəşinə tutulub: 1 hərbçi şəhid olub, 5-i yaralanıb Bölgəyə "Təcili tibbi yardım" maşınları və əlavə qüvvələr cəlb edilib
Region
4 Oktyabr , 2016 19:56
Türkiyədə hərbi baza raket atəşinə tutulub: 1 hərbçi şəhid olub, 5-i yaralanıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ PKK terrorçuları Türkiyənin Diyarbakır əyalətində hərbi bazanı raket atəşinə tutublar. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Diyarbakırın Lice və Bingölün Gənc rayonları arasındakı Habalı bölgəsində baş verib. 

Nəticədə 1 baş leytenant şəhid olub, 5 hərbçi yaralanıb. Yaralılar Diyarbakır şəhərindəki müxtəlif xəstəxanalara çatdırılıblar. 

Bölgəyə "Təcili tibbi yardım" maşınları və əlavə qüvvələr cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi