Yuxarı

Türkiyədə hərbçilərin keçdiyi yolda partlayış törədilib, 3 əsgər şəhid olub - YENİLƏNİB

Hadisə baş verən ərazidə antiterror əməliyyatı keçirilir

Bakı. 22 aprel. REPORT.AZ/ Türkiyədə hərbçilərin keçdiyi Tunceli-Əlazığ avtomobil yoluna terrorçu PKK qruplaşması silahlılarının basdırdığı minanın partlaması nəticəsində 3 əsgər şəhid olub, yaralananlar var.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə baş verən ərazidə antiterror əməliyyatı keçirilir.

*** 11:48

Bakı. 22 aprel. REPORT.AZ/ Türkiyədə hərbçilərin keçdiyi Tunceli - Elazığ avtomobil yoluna terrorçu PKK qruplaşması silahlılarının basdırdığı minanın partlaması nəticəsində bir neçə nəfər yaralanıb. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə Bakı vaxtı ilə səhər saat 11-də baş verib.

İnformasiyaya əsasən, partlayış olan yerə çoxlu sayda təcili tibbi yardım avtomobili cəlb edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi