Türkiyədə 46 terrorçu zərərsizləşdirilib

Türkiyədə 46 terrorçu zərərsizləşdirilib Onlar arasında PKK terror qruplaşmasının iki rəhbəri də var
Region
4 Avqust , 2017 21:46
Türkiyədə 46 terrorçu zərərsizləşdirilib
"Anadolu"

Bakı. 4 avqust. REPORT.AZ/ Türkiyədə son həftə ərzində 46 terrorçu, o cümlədən PKK qruplaşmasının iki rəhbəri zərərsizləşdirilib.

"Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı xəbər verib.

Xəbərdə bildirilir ki, antiterror əməliyyatları iyulun 27-dən avqustun 3-dək Şırnak, Hakkari, Van, Bingöl və Muş vilayətlərində keçirilib. Siirt vilayətinin Herekel rayonunda PKK-nın rəhbərlərindən olan Bəxtin Bilen Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub. O, Daxili İşlər Nazirliyi tərəfindən axtarışda imiş. Bundan əlavə, PKK rəhbərlərindən olan digər terrorçu - "Şahin" ləqəbli Yılmaz Kəs də məhv edilib.

Antiterror əməliyyatları çərçivəsində terrorçuların 41 sığınacağı məhv edilib. Həmçinin Şırnak vilayətinin Beytüşşəbal rayonunda minalanmış avtobus "Atak" vertolyotu ilə partladılıb.  

Son xəbərlər

Orphus sistemi