Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub

Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub Qadağaya əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar
Region
24 İyun , 2017 14:31
Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub

Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, qadağa ilə əlaqədar ölkənin Mülki Aviasiya Baş İdarəsi qərar çıxarıb. 

Hava limanlarına 9 kilometr məsafədən daha yaxın sahələrdə tətbiq olunan qadağaya səbəb uçuş, can və mal təhlükəsizliyini təmin etməkdir.

Qadağaya əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar. 

Son xəbərlər

Orphus sistemi