Yuxarı

Türkiyədə hava limanı raket atəşinə tutulub

Atəşə Diyarbəkir şəhər aeroportu məruz qalıb

Bakı. 28 avqust. REPORT.AZ/ Kürd Fəhlə Partiyasının yaraqlıları Türkiyənin Diyarbəkir şəhər aeroportunu raket atəşinə tutublar.

"Report" "Doğan" agentliyinə istinadən xəbər verir ki, hava limanına 4 raket atılıb.

Atəşə, əsasən aeroportun polis nəzarət-buraxılış məntəqəsi məruz qalıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi