Türkiyədə hakim partiyanın qərargahına silahlı hücum olub

Türkiyədə hakim partiyanın qərargahına silahlı hücum olub Terrorçuların tutulması üçün geniş miqyaslı əməliyyat başlayıb
Region
9 Avqust , 2015 07:07
Türkiyədə hakim partiyanın qərargahına silahlı hücum olub

Bakı. 9 avqust. REPORT.AZ/ Türkiyədə naməlum silahlı şəxslər hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldaki qərargahına hücum ediblər.

"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, asayiş keşikçiləri terrorçulara dərhal cavab atəşi açıblar. 

Hadisə yerinə çevik polis qüvvələrinin cəlb ediləcəyindən ehtiyat edən silahlı şəxslər qısa müddət sonra qərargah binasından uzaqlaşıblar.

Terrorçuların tutulması üçün geniş miqyaslı əməliyyat başlayıb.

Baş nazir Əhməd Davutoğlu artıq hadisəyə münasibət bildirib. Hökümət başçısının sözlərinə görə, Türkiyədə sabitliyi pozmağa çalışan terrorçular istəklərinə nail ola bilməyəcəklər.

Son xəbərlər

Orphus sistemi