Türkiyədə hakim partiyanın nizamnaməsində dəyişiklik ediləcək

Türkiyədə hakim partiyanın nizamnaməsində dəyişiklik ediləcək Ölkənin baş naziri AKP sədrinin birinci müavini olacaq
Region
18 May , 2017 12:24
Türkiyədə hakim partiyanın nizamnaməsində dəyişiklik ediləcək

Bakı. 18 may. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nizamnaməsində rəhbərliyə dair maddəyə əlavə və dəyişiklik ediləcək.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu AKP sədrinin müavini Hayati Yazıçı bildirib.

Onun sözlərinə görə, nizamnaməyə partiya sədrinin birinci müavini (başkan vəkil) maddəsi daxil ediləcək.

Fövqəladə qurultayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP-yə sədr, baş nazir və partiyanın keçmiş sədri Binəli Yıldırımın isə birinci müavin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, mayın 21-də AKP-nın fövqəladə qurultayı keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi