Yuxarı
    Bağlamaq

    Türkiyədə güclü fırtına nəticəsində 5 nəfər ölüb, 110 nəfər yaralanıb

    Türk Hava Yolları şirkəti 65 ölkədaxili və 59 beynəlxalq səfəri təxirə salıb

    Bakı. 2 fevral. REPORT.AZ/ Türkiyənin qərb bölgələrində güclü fırtına zamanı ən azı 5 nəfər ölüb, 110 nəfər müxtəlif bədən xəsarətləri alıb.

    "Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Marmara və Ege bölgələrini əhatə edən fırtına zamanı 300-dən artıq evin dam örtüyü zədələnib.

    İstanbulda sel bir magistral yolun asfalt örtüyünün çökməsinə səbəb olub. Sahil bölgələrində yerləşən evləri və iş yerlərini su basıb. Ən ciddi maddi ziyan Bursa vilayətində qeydə alınıb. Küləyin sürəti saatda 130 km. çatıb.

    "Türk Hava Yolları" şirkəti 65 ölkədaxili və 59 beynəlxalq səfəri təxirə salıb.

    Meteoroloqlar bu gün Ankarada da hava şəraitinin pisləşəcəyini bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi