Yuxarı
    Bağlamaq

    ​Türkiyədə Gənclər və İdman Günüdür

    77 ildir bu Bayram rəsmi olaraq, qeyd olunur

    Bakı. 19 may. REPORT.AZ/ Bu gün Türkiyədə Gənclər və İdman bayramı qeyd edilir.

    "Report" xəbər verir ki, 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk Türkiyənin Samsun şəhərinə daxil olaraq, xarici təcavüzkarlara qarşı hərbi səfərbərlik elan edib. Həmin tarix ölkədə Türkiyənin müstəqilliyi uğrunda savaşın başladığı gün sayılır.

    Atatürk sonralar çıxışlarında mayın 19-un müstəqillik günü olduğunu bəyan edib.

    1938-ci il iyunun 20-dən isə bu tarix Gənclik və İdman bayramı günü olaraq, qanuniləşdirilib. Gənclər Türkiyədə milli-azadlıq hərəkatının əsasını təşkil etdiklərindən mayın 19-u onların şərəfinə adlandırılıb.

    Mayın 19-da Türkiyədə gənclər parad, idman yarışları və çeşidli mədəni tədbirlər keçirirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi