Türkiyədə fövqəladə vəziyyətlə bağlı yeni qərarnamə dərc olunub, 15000-dən artıq insan işdən çıxarılıb

Türkiyədə fövqəladə vəziyyətlə bağlı yeni qərarnamə dərc olunub, 15000-dən artıq insan işdən çıxarılıb Eyni zamanda, 550 ictimai təşkilat, 9 mətbuat orqanı, 19 özəl səhiyyə müəssisəsi bağlanıb
Region
22 Noyabr , 2016 10:57
Türkiyədə fövqəladə vəziyyətlə bağlı yeni qərarnamə dərc olunub, 15000-dən artıq insan işdən çıxarılıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyə hökuməti iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdlə bağlı aparılan araşdırmalar nəticəsində daha 15 550 nəfəri işdən azad edib. 

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onların hamısı yeni dərc olunan qanun hökmündə olan qərarnaməyə əsasən işdən azad olunublar.

Məlumata görə, işdən çıxarılanların 7 586-sı polis əməkdaşı, 403-ü jandarm, 1 988-i hərbçi və 5 000-i isə dövlət məmurudur. 

Bundan başqa, 550 ictimai təşkilat, 9 mətbu orqan, 19 özəl səhiyyə müəssisəsi də dövlət çevrilişinə cəhddə iştirak etməkdə şübhəli bilinərək bağlanıb.

Xəbərə görə, 15 iyul dövlət çevrilişi cəhdindən sonra Türkiyədə 110 min dövlət məmuru işdən azad edilib. 

Son xəbərlər

Orphus sistemi