Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılacaq

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılacaq Mustafa Elitaş: “Məsələ Milli Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunacaq”
Region
13 Oktyabr , 2017 13:50
Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılacaq
Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının başçısı Mustafa Elitaş / AA

Bakı. 13 oktyabr. REPORT.AZ/ Türkiyədə fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılacağı gözlənilir.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının başçısı Mustafa Elitaş bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejiminin uzadılması məsələsi oktyabrın 16-də Milli Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunacaq: “Qərar Nazirlər Kabinetində qəbul olunduqdan sonra parlamentdə müzakirə ediləcək”.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub.  

Son xəbərlər

Orphus sistemi