Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb Fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib
Region
17 Aprel , 2018 22:11
Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb

Bakı. 17 aprel. REPORT.AZ/ Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzatmaq barədə qərar qəbul edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı baş nazirin müavini Bəkir Bozdağ deyib.

Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub. O, bu günə qədər üç ay olmaqla altı dəfə uzadılıb.

Son xəbərlər

Orphus sistemi