Türkiyədə fövqəladə rejim daha 3 ay uzadılıb

Türkiyədə fövqəladə rejim daha 3 ay uzadılıb Bu rejim oktyabrın 19-dan uzadılacaq
Region
13 Oktyabr , 2016 08:35
Türkiyədə fövqəladə rejim daha 3 ay uzadılıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin bu haqda qərarı "Resmi Gazet"də dərc olunub.

İnformasiyaya əsasən, fövqəladə rejim oktyabrın 19-dan daha 3 ay müddətinə uzadılacaq.

Qeyd edək ki, bu hal iyulun 15-dən, dövlət çevirilişinə cəhddən sonra tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi