​Türkiyədə Fətullah Gülənin əsas köməkçisi saxlanılıb

​Türkiyədə Fətullah Gülənin əsas köməkçisi saxlanılıb Halis Hanci onun "sağ əli" hesab olunur
Region
24 İyul , 2016 10:50
​Türkiyədə Fətullah Gülənin əsas köməkçisi saxlanılıb

Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyədə FETO terror təşkilatının rəhbəri Fətullah Gülənin əsas köməkçisi saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasındakı mənbəyə istinadən "Reuters" məlumat yayıb.

Mənbənin məlumatına görə, Halis Hanci Gülənin "sağ əli" hesab olunur. Onun dövlət çevrilişi cəhdindən iki gün əvvəl Türkiyəyə gəldiyi ehtimal edilir.

Qeyd edək ki, Fətullahçı Terror Təşkilatı (FETO) iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd göstərib. Bu zaman 246 nəfər şəhid olub, 2 mindən artıq insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi