Yuxarı
    Bağlamaq

    Türkiyədə Fətullah Gülənin 6 vəkili barəsində həbs qərarı çıxarılıb

    Ankara Prokurorluğu ​FETÖ-nun dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində 14 vəkilin həbsini istəyib

    Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyədə Fətullah Gülənin 6 vəkili barəsində həbs qərarı çıxarılıb. 

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, həmin şəxslər Nurullah Albayrak, Adnan Şeker, Talha Aksoy, Mehmet Kadir Filizer, Hakan Yıldız və Melik Bayatdır. A.Şeker həmçinin polis kəşfiyyatının sabiq rəhbəri Ramazan Akyürek və "Samanyolu" məktəblərinin də vəkili olub.

    Qeyd edək ki, Ankara Prokurorluğu Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində 14 vəkilin həbsini istəyib. Məhkəmə də prokurorluğun bu tələbini yerinə yetirib. Bunlar Mehmet Kasap, Hakan Ekiz, Müslüm Avcı, Mehmet Kadir Filizer, Mustafa Dokumacı, Melik Bayat, Hakan Yıldız, Murat Araç, Talha Aksoy, Mustafa Onur Aslay, Mehmet Rasim Kuseyri, Hayrettin Açıkgöz, Nurullah Albayrak və Adnan Şekerdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi