Yuxarı

Türkiyədə FETÖ-yə üzv olmaqda şübhəli bilinən daha 141 nəfər tutulub

Tutulanların çoxu müəllimdir

Bakı. 20 sentyabr. REPORT.AZ/ Türkiyənin 15 əyalətində Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinən 141 nəfər tutulub.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, onlar FETÖ-çülərə aid "By Lock" adlı proqramın istifadəçiləridir.

Məlumata görə, əməliyyat İstanbul, Ankara, Kayseri, Bingöl, Kırıkkale, Konya, Mersin, Afyon, Yozqat, Bursa, Samsun, Tokat, Mardin, Düzce və Sivasda keçirilib.

Tutulanların çoxu müəllimdir. Onlar arasında elmlər doktorları da var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi