Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyənin Sakarya əyalətinin Hendek rayonunun Çamlıca kəndində fəhlələri daşıyan traktorun aşması nəticəsində xəsarət alanların sayının 10 nəfər olduğu dəqiqləşib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, ilkin məlumatda yaralıların sayının 20 nəfər olduğu bildirilmişdi.
Yaralılar xəstəxanaya yerləşdirilib.
***
Türkiyədə ağır yol qəzası baş verib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, ölkənin Sakarya əyalətinin Hendek rayonunun Çamlıca kəndində fəhlələri daşıyan traktorun aşması nəticəsində 7 nəfər ölüb, 20 nəfər yaralanıb.
Fəhlələr fındıq toplamaq üçün Diyarbakıra gedirmiş.
Qəzanın səbəbləri araşdırılır.