Yuxarı

Türkiyədə fəhlələri daşıyan avtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 39 nəfər isə yaralanıb

Yaralılar xəstəxanaya yerləşdirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Türkiyənin Bolu bölgəsində fəhlələri daşıyan avtobusun yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb, 39 nəfər yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, avtobus Boludan Mudurnu istiqamətində hərəkət edirmiş. 

Hadisə Doğançı kəndi yaxınlığında baş verib.

Məlumata görə, ölən avtobus sürücüsüdür. Yük avtomobilinin sürücüsü də yaralılar arasındadır. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi