Türkiyədə fəhlələri daşıyan avtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 39 nəfər isə yaralanıb

Türkiyədə fəhlələri daşıyan avtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 39 nəfər isə yaralanıb Yaralılar xəstəxanaya yerləşdirilib
Region
30 Sentyabr , 2016 10:38
Türkiyədə fəhlələri daşıyan avtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 39 nəfər isə yaralanıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Türkiyənin Bolu bölgəsində fəhlələri daşıyan avtobusun yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb, 39 nəfər yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, avtobus Boludan Mudurnu istiqamətində hərəkət edirmiş. 

Hadisə Doğançı kəndi yaxınlığında baş verib.

Məlumata görə, ölən avtobus sürücüsüdür. Yük avtomobilinin sürücüsü də yaralılar arasındadır. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi