Yuxarı

Türkiyədə fabrikdə baş verən partlayışda ölənlərin sayı 5 nəfərə, yaralıların sayı 16-ya çatıb - YENİLƏNİB

Partlayış qaz sızması səbəbindən baş verib
© AA.com

Bakı. 8 noyabr. REPORT.AZ/ Türkiyənin Bursa əyalətinin Gürsu rayonunda yerləşən toxuculuq fabrikində baş verən partlayışda ölənlərin sayı 5 nəfərə çatıb.  

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Bursa valisi İzzəttin Küçük bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 16 nəfər yaralanıb. 

İ.Küçük deyib ki, partlayış qaz sızması səbəbindən baş verib. Partlayış güclü olub və fabrikin damı uçub, ətrafdakı binalara ziyan dəyib. 


*** 12:58

Türkiyənin Bursa əyalətinin Gürsu rayonunda yerləşən toxuculuq fabrikində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, fabrikin qazanxanasında qəza olub.

Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisənin səbəbi araşdırılır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi