Yuxarı
    Bağlamaq

    ​Türkiyədə eyni zamanda iki qəzetin binasına hücum olunub

    Binalara molotov kokteyli atılıb, silahdan atəş açılıb

    Bakı. 11 fevral. REPORT.AZ/ Türkiyədə "Yeni Şafak" və "Yeni Akit" qəzetlərinin ofislərinə silahlı və molotov kokteylli basqın nəticəsində binaya və redaksiyaya ziyan dəyib.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Məlumata görə, basqınlar eyni zamanda olub. Maskalı 5 nəfər "Yeni Şafak" qəzetinin binası önünə gedərək, əllərindəki molotov kokteyllərini redakisyanın girişinə atdıqdan sonra tüfənglə ofisə doğru atəş də açıblar.

    Eyni vaxtda "Yeni Akit" qəzetinin binasına da molotov kokteyli atılıb, ofis atəşə tutulub.

    "Yeni Şafak"ın ofisi İstanbulun Bayrampaşa rayonunda, "Yeni Akit" isə şəhərin Küçükçekməcə bölgəsində yerləşir.

    Hadisə ilə bağlı polis araşdırma aparır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi