Türkiyədə Ərdoğana sui-qəsd etmək istəyən hərbçilərin axtarışı məqsədilə irimiqyaslı xüsusi əməliyyata başlanılıb

Türkiyədə Ərdoğana sui-qəsd etmək istəyən hərbçilərin axtarışı məqsədilə irimiqyaslı xüsusi əməliyyata başlanılıb Prezidentə sui-qəsd etməyə çalışmış hərbçilərin gizləndiyi güman edilən ərazi mühasirəyə alınıb
Region
25 İyul , 2016 01:44
Türkiyədə Ərdoğana sui-qəsd etmək istəyən hərbçilərin axtarışı məqsədilə irimiqyaslı xüsusi əməliyyata başlanılıb

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyənin Bodrum şəhərində iyulun 15-də Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən hərbçilərin yaxalaması məqsədilə iri miqyaslı xüsusi əməliyyat keçirilir.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına dövlət çevrilişinə cəhd etməyə çalışmış bəzi sui-qəsdçilərin Bodrumun Cennet Koy adlanan ərazisində gizlənməsi haqda məlumat daxil olub. Hazırda prezidentə sui-qəsd etməyə çalışmış hərbçilərin gizləndiyi güman edilən ərazidə qurudan, dənizdən və havadan xüsusi əməliyyat başlayıb.

Jandarm qüvvələrinin ərazini mühasirəyə alaraq onun giriş və çıxışını bağladıqdan sonra sahil təhlükəsizlik qüvvələri Cennet Koyu dənizdən, polis, jandarm quruda, 2 helikopter isə havaya qalxaraqa axtarış əməliyyatına başlayıb.

Türkiyə mətbuatının məlumatına görə, "Hilton", "Mandaris" kimi məşhur beş ulduzlu otellərin, habelə Türkiyənin məşhur şəxslərinin, eləcə də ərəb şeyxlərinin evlərinin yerləşdiyi ərazi ciddi şəkildə nəzarətə götürülüb. Hər kəsin sənədləri yoxlanılır. 

Son xəbərlər

Orphus sistemi