Yuxarı

Türkiyədə enerjinin tənzimlənməsi üzrə beynəlxalq forum keçiriləcək

Tədbirdə prezident Rəcəb Tayyib Ərdoğanın çıxış edəcəyi gözlənilir

Bakı. 18 may. REPORT.AZ/ İstanbulda Enerji Tənzimlənməsi üzrə VI Beynəlxalq Forum keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, forum mayın 25-28-də İstanbulun Lütfi Kırda adına Beynəlxalq Mədəniyyət Mərkəzinin Qurultaylar sarayında keçiriləcək.

Tədbirə enerji bazarını tənzimləyən siyasətçilər, şirkət təmsilçiləri, enerji bazarında fəaliyyət göstərən şəxslər, maliyyə müəssisələri təmsilçiləri, alimlər və 5 qitənin istehlakçılarının nümayəndələri qatılacaqlar.

Forumda komersiya fəaliyyətinə innovasiyaların təsiri kimi məsələlər də müzakirə olunacaq.

Mayın 26-da "Dəyişikliklərin faydası" mövzusundakı sessiyada siyasi dəyişikliklərin təsiri və texnoloji nailiyyətlərin nəticələri müzakirə ediləcək.

Forumun açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış edəcəyi gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi