Yuxarı

Türkiyədə ədliyyə sistemindən xaric edilmiş hakim və prokurorların sayı 3 456 nəfərə çatıb

Hakim və Prokurorlar Ali Şurası daha 66 nəfəri peşəsindən kənarlaşdırıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Türkiyədə daha 66 hakim və prokuror ədliyyə sistemindən xaric edilib. 

"Report" NTV telekanalına istinadən xəbər verir ki, Hakim və Prokurorlar Ali Şurası (HSYK) bununla bağlı qərar qəbul edib. 

Onlar Fətulahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində sərəncama göndərilmişdilər. 

Qeyd edək ki, HSYK bu il avqustun 24-də 2 847, sentyabrın 2-də isə 543 hakim və prokuroru öz peşəsindən kənarlaşdırıb. Bu qərardan sonra onların sayı 3 456 nəfərə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi