Bakı. 13 iyun. REPORT.AZ/ Türkiyənin Tunceli əyalətinin Ovacıq rayonunda Ədliyyə Nazirliyi əməkdaşlarının yaşadığı şəhərcik yaxınlığında baş verən partlayış nəticəsində 9 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıblar.
İnformasiyaya əsasən, hadisənin baş vermə səbəbi hələlik məlum deyil.
Partlayış baş verən əraziyə çox sayda təcili tibbi yardım dəstəsi və yanğınsöndürən maşın cəlb edilib.