​Türkiyədə dövlətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən 58 nəfər tutulub

​Türkiyədə dövlətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən 58 nəfər tutulub Dəstə üzvləri arasında polislər, maliyyə və gömrük qurumlarının da əməkdaşları var
Region
10 May , 2016 09:57
​Türkiyədə dövlətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən 58 nəfər tutulub

Bakı. 10 may. REPORT.AZ/ Türkiyədə dövlətə 800 milyon türk lirəsi (təqribən 273 milyon dollar) ziyan vurmaqda şübhəli bilinən 58 nəfər tutulub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat İstanbulun 4 rayonunda keçirilib.

Əməliyyatı keçirən Maliyyə cinayətlərinə qarşı mübarizə şöbəsi İstanbulun 5 rayonunda mütəşəkkli dəstənin qurduğu 37 saxta şirkət aşkarlayıb. Məlumata görə, bu şirkətləri quranlar əməlləri ilə dövlətə milyonlarla lirə maddi ziyan vurublar. Dəstə üzvləri arasında polislər, maliyyə və gömrük qurumlarının da əməkdaşları var. 

Son xəbərlər

Orphus sistemi