Yuxarı
    Bağlamaq

    Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar daha 1 general və 51 hərbçi həbs edilib

    Saxlanılanların yüksək rütbəli hərbçilər olduğu bildirilir

    Bakı. 17 iyul. REPORT. AZ/ Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhddə ittiham olunan Dənizli Qarnizonunun və 11-ci Kommando Briqadasının komandiri, general-mayor Özhan Özbəkir və daha 51 hərbçi saxlanılıb. 

    "Report"un məlumatına görə, bu haqda "Anadolu" agentliyi xəbər yayıb. Saxlanılanların yüksək rütbəli hərbçilər olduğu bildirilir.

    Agentliyin məlumatına görə, 15 iyulda baş vermiş dövlət çevrilişinə cəhdlə əlaqədar həbs olunmuş 105 yüksək rütbəli hərbçidən 58-i haqqında istintaq başa çatıb.  

    6 hərbçi isə sərbəst buraxılıb. Agentliyin digər məlumatına görə, həbs olunanlar İzmirdəki cəzaçəkmə müəssisəsinə göndəriliblər. 

    Qiyamda iştirakda şübhəli bilinən digər hərbçilərlə bağlı istintaq davam edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi