Yuxarı

Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısını alarkən həlak olanların xatirəsi Fransada yad edilib

Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısını alarkən həlak olanların xatirəsi Fransada yad edilib

Fransanın paytaxtı Parisdə 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısını alarkən həlak olanların xatirəsi yad edilib. 

"Report"un yerli bürosu xəbər verir ki, Türkiyənin Fransadakı səfirliyində keçirilən anım mərasimində Fransa Milli Assambleyasında Fransa-Türkiyə Dostluq Qrupunun prezidenti Stefan Teste, Fransa prezidentinin Suriya məsələləri üzrə təmsilçisi Fransua Senemo, fransalı deputatlar, diplomatik korpusların nümayəndələri, jurnalistlər və digər şəxslər iştirak ediblər. 

Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa çıxış edərək bu hadisənin ölkə tarixində görünməmiş terror hadisəsi olduğunu, hərbi formalı terrorçuların misli görünməmiş cinayətlər törətdiklərini bildirib. Səfir bu hadisə baş verən zaman bütün türk xalqının respublikada demokratiyanı qorumaq naminə səfərbər olmaqla terrorçulara qarşı çıxdığını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi