Yuxarı

Türkiyədə dövlət çevrilişinə cəhdə görə daha 437 hərbçi barəsində həbs qərarı verilib

Onların arasında 13 general var

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyədə daha 437 hərbçi barəsində həbs qərarı verilib.  

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gün İstanbul Ədliyyə Sarayında ölkənin qanuni hakimiyyətini hərbi yolla devirməyə cəhd göstərən 474 hərbçinin məhkəmə prosesi keçirilib. 

Nəticədə aralarında 13 nəfəri general olmaqla 437 nəfər məhkəmə zalında həbs edilib, 37 nəfər isə sərbəst buraxılıb. 

Bundan əlavə, 18 nəfəri də prokurorluq sərbəst buraxıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi