Türkiyədə dövlət çevrilişinə cəhdə görə daha 437 hərbçi barəsində həbs qərarı verilib

Türkiyədə dövlət çevrilişinə cəhdə görə daha 437 hərbçi barəsində həbs qərarı verilib Onların arasında 13 general var
Region
19 İyul , 2016 17:02
Türkiyədə dövlət çevrilişinə cəhdə görə daha 437 hərbçi barəsində həbs qərarı verilib

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyədə daha 437 hərbçi barəsində həbs qərarı verilib.  

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gün İstanbul Ədliyyə Sarayında ölkənin qanuni hakimiyyətini hərbi yolla devirməyə cəhd göstərən 474 hərbçinin məhkəmə prosesi keçirilib. 

Nəticədə aralarında 13 nəfəri general olmaqla 437 nəfər məhkəmə zalında həbs edilib, 37 nəfər isə sərbəst buraxılıb. 

Bundan əlavə, 18 nəfəri də prokurorluq sərbəst buraxıb. 

Son xəbərlər

Orphus sistemi