Türkiyədə dövlət çevrilişinə cəhddən sonra XİN-nin 89 əməkdaşı işdən azad olunub

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra XİN-nin 89 əməkdaşı işdən azad olunub Nazirliyin 332 işçisi xaricdən ölkəyə çağırılıb
Region
23 Avqust , 2016 20:10
Türkiyədə dövlət çevrilişinə cəhddən sonra XİN-nin 89 əməkdaşı işdən azad olunub

Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkədə dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilinən nazirliyin 89 əməkdaşının işdən azad edilməsi, daha 332 nəfərin vəzifəsindən kənarlaşdırılması haqqında açıqlama verib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə M.Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransı zamanı bildirib.

"Dövlət çevrilişinə cəhddən sonra XİN-dən 89 nəfər işdən azad edilib, daha 332 nəfər xaricdən ölkəyə geri çağırılıb.

"Geri çağırılanlardan 31 nəfəri Türkiyəyə qayıtmayıb", - M.Çavuşoğlu deyib. 

Son xəbərlər

Orphus sistemi