Türkiyədə dövlət çevrilişinə cəhd yatırılıb, Prezidenti Ərdoğan İstanbula gəlib

Türkiyədə dövlət çevrilişinə cəhd yatırılıb, Prezidenti Ərdoğan İstanbula gəlib Qiyamın iştirakçısı olanlar "vətənə xəyanət" maddəsi ilə məsuliyyətə cəlb olunacaq
Region
16 İyul , 2016 04:15
Türkiyədə dövlət çevrilişinə cəhd yatırılıb, Prezidenti Ərdoğan İstanbula gəlib

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbula Atatürk hava limanına enib. “Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) yaydığı bəyanatda ölkədə baş vermiş qiyam cəhdinin yatırıldığı bildirilib.

Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) mətbuat müşaviri Nuh Yılmaz, ölkədə baş vermiş qiyam cəhdi ilə bağlı açıqlama verib: “Qiyam yatırıldı, bu qiyamın iştirakçısı olanlar "vətənə xəyanət" maddəsi ilə məsuliyyətə cəlb olunacaqlar”.

Son xəbərlər

Orphus sistemi