Yuxarı

Türkiyədə dövlət çevrilişinə cəhd edənlərin "WhatsApp" yazışması nəşr edilib

Qiyamçılar hərəkətlərini koordinasiya etmək üçün WhatsAppda bağlı qrupdan istifadə edib

Bakı. 26 iyul. REPORT.AZ/ "Bellingcat" beynəlxalq tədqiqat qrupu Türkiyədə dövlət çevrilişinə cəhd edən üsyançıların "WhatsApp" yazışmalarını nəşr edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, qiyamçılar iyulun 15-16-da Türkiyədə dövlət çevrilişinə cəhd zamanı hərəkətlərini koordinasiya etmək üçün "WhatsApp"da bağlı qrupdan istifadə edib.

"Bellingcat" qrupundan olan tədqiqatçılar video və foto mənbələr əsasında yazışmanı bərpa edib.

"Bellingcat" qrupunun tam araşdırması ilə burada tanış ol bilərsiz.

Məqalənin müəllifi Kristian Tribert yazışmanı təhlil etdikdən sonra belə qənaətə gəlib ki:

- bir neçə qrupdan biri olan bu qrupda Türkiyə Quru Qoşunlarının yüksək rütbəli hərbçiləri, o cümlədən 2 briqada generalı və 11 polkovnik olub;

- qrupda əsasən İstanbul və Sakarya şəhərlərində çevriliş həyata keçirilməsi üçün addımların koordinasiyası müzakirə edilib;

- qrup üzvlərindən biri məlumatları Ankaraya ötürüb. Elə orada, böyük ehtimalla Hərbi Hava Qüvvələrinin Akıncıdakı bazasında üsyançıların qərargahı yerləşib;

- üsyanda iştirak edən beş alaydan azı üçü NATO sürətli yerləşmə korpusunun Türkiyə hissəsinin tərkibinə daxil olub.

Səhər saatlarında, üsyançılar uduzduqlarını anlayanda "WhatsApp"dakı qrup silinib. Polkovnikin "Qaçırıq?" deyə sualına mayor belə cavab verir: "Seçim sizindir. Biz hələ qərara gəlməmişik, amma mövqeləri tərk etmişik. Qrupu bağlayıram. İstəsəniz, mesajları silin".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi