Yuxarı

Türkiyədə xüsusi əməliyyatlar keçirilir, 34 general tutulub - YENİLƏNİB - SİYAHI

4-ü əsgər olmaqla 10 nəfər saxlanılıb

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyədə silahlı çevriliş cəhdində günahkar qismində ümumilikdə 34 general tutulub. "Report" xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.

Silahlı Qüvvələrin müxtəlif bölmələrində komandir heyətinə daxil olan generallar bunlardır: Ali Osman Gürcan, Salih Kırhan, Yunus Kotaman, İsmail Güneşer, Fatih Celaleddin Sağır, Namık Alper, Metin Akkaya, Mustafa Kurutmaz, Mehmet Akyürek, Ahmet Gündoğdu, Suat Murat Semiz, Dursun Pak, Recep Ünal, Murat Soysal, Memduh Hakbilen, Metin Alpcan, Nejat Atilla Demirhan, Hasan Polat, Bekir Ercan Van, Hidayet Arı, Halil İbrahim Yıldız, Tezcan Kızılelma, Mehmed Nuri Başol, Ekrem Çağlar, Mustafa Yılmaz, Bekir Koçak, Cemalettin Doğan, Adnan Arslan, Mehmet Şükrü Eken, Faruk Bal, Yavuz Ekrem Arslan, Arif Settar Afşar, Erdem Kargın, Mehmet Ozan.

*** 21:04

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyədə silahlı çevriliş cəhdində günahkar qismində Silahlı Qüvvələrinin 3-cü Kolordu komandiri, general Erdal Öztürk saxlanılıb.

“Report” Türkiyənin Milliyyət qəzetinə istinadən xəbər verir ki, E.Öztürk Bursanın İnegöl əyalətində saxlanılıb.

*** 20:34

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyənin cənub-şərqində üçüncü quru qoşunları diviziyasının komandanı, general Halil İbrahim Engin ötən gecə baş verən silahlı çevriliş cəhdində günahkar qismində saxlanılıb. “Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Eyni zamanda diviziyasından 2 polkovnik və 1 kapitan saxlanılıb.

Xüsusi əməliyyat zamanı Dənizli qarnizonunun generalı Kamil Azhan Özbakırın da saxlanıldığı bildirilir.

*** 20:09

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyə Konstitusiya Məhkəməsinin üzvü Alparslan Altan saxlanılıb

*** 19:49

Bakı. 16 iyul. REPORT.AZ/ Dövlət çevrilişi cəhdi edən keçmiş Havaqüvvələri komandanı, general Akın Öztürkdə saxlanıldı. "Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, işğtişaşa qalxan Hərbi hava qüvvələrinin əsgərləri də silahlarını təhvil verərək təslim olublar.

Akın Öztürkün çevrilişi planlaşdırılanlardan bir olduğu qeyd edilir.

*** 19:37

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyədə ötən gecə baş verən silahlı çevriliş cəhdinə görə dindirmələr aparılıb, 2-ci Ordu komandanı Adem Huduti və Malatya qarnizon komandiri Avni Angun saxlanıldı.

“Report” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əməliyyatlar zamanı Huduti ilə general Angundan başqa 4-ü əsgər olmaqla 10 nəfər saxlanılıb, iğtişaşçılara rəhbərlik edən Fatih Kılınç ölü ələ keçirildi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi