​Ərdoğan: "Türkiyədə dövlət çevrilişi nəticəsində 246 günahsız insan ölüb, 1536 vətəndaşımız yaralanıb"

​Ərdoğan: "Türkiyədə dövlət çevrilişi nəticəsində 246 günahsız insan ölüb, 1536 vətəndaşımız yaralanıb" "​Dövlət çevrilişinə cəhd göstərənlərin açdıqları atəş nəticəsində mülki vətəndaşlarımız, polis işçilərimiz və əsgərlərimiz həyatlarını itirib"
Region
21 İyul , 2016 00:53
​Ərdoğan: Türkiyədə dövlət çevrilişi nəticəsində 246 günahsız insan ölüb, 1536 vətəndaşımız yaralanıb

Bakı. 21 iyul. REPORT.AZ/ İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd nəticəsində 246 günahsız insan həyatını itirib, 1536 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bunu 15 iyul gecəsi uğursuzluqla nəticələnən dövlət çevrilişi cəhdinin ardından Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Dövlət çevrilişinə cəhd göstərənlərin açdıqları atəş nəticəsində mülki vətəndaşlarımızdan, polis işçilərimizdən və əsgərlərimizdən bu günədək 246 günahsız insan həyatını itirib, 1536 günahsız vətəndaşımız yaralanıb", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi