Yuxarı

Türkiyədə Fətullah Gülənin dövlət çevrilişi cəhdinə görə həbsinə qərar verilib

FETÖ-nun qurucusu 15 iyul dövlət çevrilişinə cəhdin təlimatını verməkdə günahlandırılır

Bakı. 4 avqust. REPORT.AZ/ Türkiyədə Fətullah Gülən barəsində daha bir həbs qərarı çıxarılıb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, İstanbul 2-ci Sülh Cəza Məhkəməsi Fətullahçı terror təşkilatının (FETÖ) qurucusunu "15 iyul dövlət çevrilişinə cəhdin təlimatını vermək"də günahlandırıb. 

Məlumata görə, bu, Fətullah Gülən barəsində dövlət çevrilişi cəhdi ilə bağlı qəbul edilən ilk hökmdür. 

Qeyd edək ki, bundan əvvəl onun barəsində iki dəfə qiyabi həbs qərarı olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi