Yuxarı

Türkiyədə dövlət çevrilişi cəhdinə görə 992 hərbçi barəsində həbs qərarı verilib - YENİLƏNİB

Onların arasında 12 general, 1 admiral, polis, müəllim və əsgərlər də var

İlk xəbər 12:48-də verilib

Bakı. 20 iyul. REPORT.AZ/ İstanbulda Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 992 hərbçi barəsində həbs qərarı verilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, onların arasında 12 general, 1 admiral, polis, müəllim və əsgərlər də var. 

Məlumata görə, 58 hərbçi sərbəst buraxılıb. 

Bundan əlavə, hərbi çevriliş cəhdində təqsirləndirilən daha 1 184 hərbçinin məhkəmə prosesinin keçirilməsi gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi