Türkiyədə dövlət çevrilişi cəhdinə görə həbs edilən hakim və prokurorların sayı 59-a çatıb - YENİLƏNİB

Türkiyədə dövlət çevrilişi cəhdinə görə həbs edilən hakim və prokurorların sayı 59-a çatıb - YENİLƏNİB "Balyoz" işinin istintaqını aparan prokurorlardan Savaş Kırbaş və Hüseyin Kaplan axtarışa verilib
Region
20 İyul , 2016 15:18
Türkiyədə dövlət çevrilişi cəhdinə görə həbs edilən hakim və prokurorların sayı 59-a çatıb - YENİLƏNİB

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 47 hakim və prokuror barəsində həbs qərarı verilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun göstərişi ilə 134 hakim və prokuror saxlanılıb.

Şübhəlilərdən 47-si məhkəmə zalında həbs edilərək həbsxanaya göndərilib, 36 nəfər isə sərbəst buraxılıb. 

Bundan başqa, "Ergenekon" işinə baxan hakimlərdən Sedat Sami Haşıloğlu, "Balyoz" işinin istintaqını aparan prokurorlardan Savaş Kırbaş və Hüseyin Kaplan, İstanbul 18-ci Cəza Məhkəməsinin hakimi İlhan Karagözün də aralarında olduğu 42 nəfər axtarışa verilib. 

*** 14:00

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində 12 hakim və prokuror barəsində həbs qərarı verilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Anadolu Baş Prokurorluğunun təlimatı ilə Anadolu Ədliyyə Sarayında çalışan 39 prokuror və 71 hakim saxlanılıb. 

Şübhəlilərdən 12-si məhkəmə zalında həbs edilərək həbsxanaya göndərilib, 7 nəfər isə sərbəst buraxılıb. 

Həbsə salınanlar arasında Hakimlər və Prokurorlar Baş İdarəsinin (HSYK) keçmiş I dairə sədri və Anadolu III İş Məhkəməsinin hakimi İbrahim Okur da var. 

Son xəbərlər

Orphus sistemi