Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı iki səfir işdən çıxarılıb

Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı iki səfir işdən çıxarılıb Hazırda onların hər ikisi Türkiyə Xarici İşlər Nazirliyində çalışırdı
Region
26 İyul , 2016 13:45
Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı iki səfir işdən çıxarılıb

Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı iki səfir işdən çıxarılıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan biri 2012-2014-cü illərdə Türkiyənin Kanadadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tuncay Babalıdır. 

Digəri isə Türkiyənin UNESCO yanında daimi nümayəndəsi olmuş səfir Gürcan Balıkdır. Bu şəxs eyni zamanda vaxtilə Türkiyənin 11-ci prezidenti Abdullah Gül və sabiq xarici işlər naziri Əhməd Davudoğlunun müşaviri vəzifələrində də çalışıb. Hətta Gürkan Balık Əhməd Davudoğlunu Türkiyənin xarici işlər naziri olduğu dönəmdə ABŞ-da Fətullah Gülənlə də görüşdürüb. 

Hazırda onların hər ikisi Türkiyə Xarici İşlər Nazirliyində çalışırdı. 

Son xəbərlər

Orphus sistemi