Türkiyədə dini idarədə atışma zamanı 5 nəfər ölüb

Türkiyədə dini idarədə atışma zamanı 5 nəfər ölüb Daha 2 nəfər yaralanıb
Region
18 Avqust , 2018 04:05
Türkiyədə dini idarədə atışma zamanı 5 nəfər ölüb

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyənin şimal-şərqində yerləşən Ərzincan əyalətinin Tercan şəhərində yerli müftiliyin ofisində silahlı insident zamanı 5 nəfər ölüb, daha 2-si yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə əyalət administrasiyasının bəyanatında bildirilir.

"Avqustun 17-si saat 15.00-da yerli administrasiya binasında müftilik ofisində yığıncaq zamanı müftiyət üzvlərindən biri olan F.A. mübahisə zəminində tapançadan nizamsız atəş açıb. Nəticədə 2 nəfər, o cümlədən müftinin müavini ölüb və 5 nəfər yaralanıb. Onların arasında intihar etmək istəyən F.A-nın özü də var. Yaralılar xəstəxanaya çatdırılıb, orada həkimlərin səylərinə baxmayaraq, yaralılardan üçü, eləcə də, F.A keçinib", — deyə məlumatda qeyd olunur.

Bildirilir ki, hər iki yaralının vəziyyəti ağırdır. Prokurorluq hadisənin araşdırmasına başlayıb.

Son xəbərlər

Orphus sistemi