Türkiyədə dəyəri 70 milyon dollar olan radioaktiv maddə müsadirə edilib

Türkiyədə dəyəri 70 milyon dollar olan radioaktiv maddə müsadirə edilib Bakı. 19 mart. REPORT.AZ/ Türkiyə paytaxtı Ankarada keçirilən əməliyyat nəticəsində dəyəri 70 milyon dollar olan kalifornium maddəsi aşkarlanaraq götürülüb.
Region
19 Mart , 2018 14:18
Türkiyədə dəyəri 70 milyon dollar olan radioaktiv maddə müsadirə edilib

Bakı. 19 mart. REPORT.AZ/ Türkiyə paytaxtı Ankarada keçirilən əməliyyat nəticəsində dəyəri 70 milyon dollar olan kalifornium maddəsi aşkarlanaraq götürülüb.

“Report” NTV televiziyasına istinadən xəbər verir ki, kalifornium (Cf) radioaktiv kimyəvi elementdir. 

Bu maddə ilk dəfə 1950-ci ilə ABŞ-da Kaliforniya Universitetirində əldə edildiyi üçün bu ali təhsil ocağının şərəfinə “kalifornium” adlandırılıb. Həmin maddədən nüvə silahlarının başlıqlarında və Atom Elektrik Stansiyalarında istifadə olunur. Onun bir qramı 4 milyon dollardır.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb. 

Son xəbərlər

Orphus sistemi