Türkiyədə deputatları hakim partiyanın qurultayına aparan avtobus qəzaya uğrayıb

Türkiyədə deputatları hakim partiyanın qurultayına aparan avtobus qəzaya uğrayıb Hadisə nəticəsində 26 nəfər yaralanıb
Region
21 May , 2017 13:57
Türkiyədə deputatları hakim partiyanın qurultayına aparan avtobus qəzaya uğrayıb

Bakı. 21 may. REPORT.AZ/ Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının Ankarada keçirilən növbədənkənar qurultayına gedən deputatlar yol qəzasına düşüblər.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, İzmirdən gələn avtobus Ankara əyalətinin Poladlı rayonu ərazisində işıq dirəyinə çırpılıb.

Nəticədə 26 nəfər xəsarət alıb. Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi